воскресенье, 15 апреля 2012 г.

NAĞIL

ÜRƏK VƏ AĞIL
Bir zamanlar ürək və ağıl çox yaxın dost idilər. O qədər yaxın ki, bir birindən heç ayrılmırdılar. Fəsillərdən yaz idi. Çiçəklərin ətri quşların cəh-cəhi  valeh edirdi insanları. Ürək ağıldan tez oyanıb, havanın belə gözəl olduğunu görüb atdı özünü bayıra. “Gedim bir az gəzim, ağıl oyanana kimi qayıdaram eve”-deyib, düzəldi yola. Bizim bu azbilmiş ürək nə bilərdi ki, ən yaxın sirdaşı olan ağıldan ayrı düşmək belə baha başa gələcək ona. Nə başınızı ağdırım, bir az gəzib dolanıb evə qayıtmaq istəyirdi ki, elə bu an bir gözələ sataşdı gözləri. Gözəl də döğrudan gözəl id haaa, deyim sizlərə... Ürək dondu qaldı yerində, sonra birdən vurnuxmağa başladı, özünə yer tapa bilmədi, sanki  dünyada. Yaxınlaşdı Gözələ, əsə-əsə danışmağa başladı. Özü də nə danışdığını bilmirdi, amma heeey danışırdı. Dedikləri isə yer üzündə gəlmiş keçmiş ən gözəl şerlər idi. Gözəl şerləri dinlədi, amma bəyənmədi. (gözəldə Ağıl olmaz, belə yerdə deyiblər). Ağıl demişkən, bu arada Ağıl oyanıb hər yanda Ürəyi axtarırdı. Çox narahat idi Ağıl, axı Ürək itib-batardı onsuz. Ağıl can yoldaşını tapmaq üçün düşdü yollara. Çox keçməmiş gördü ki, Ürək dayanıb bir Gözəlin qarşısında şerlərdən üyüdüb tökür, Gözəl isə ona fikir vermir, Var-dövlətə qaş-göz edir. Hirsləndi Ağıl. Yaxınlaşdı Ürəyə, çəkdi qolundan. Niyyəti onu Gözəldən ayırmaq idi. “Sən hara, Gözəl hara?”- deyə bu yoldan döndərmək istədi onu. Amma gec idi. Ürək əldən getmişdi artıq. Gözəlin ona fikir vermədiyini görən Ürək, sıxılmış, çaatlamışdı artıq. Ağıl nə etsə də bacara bilmədi Ürəklə. Ona üz verməyən Gözəldən və ondan əl çəkmək istəməyən yeganə dostundan qaçdı Ürək. Dayanmadan qaçdı. Ən sadiq dostunu itirmiş Ürək özü də itdi bir gün. .. Ağıl da yalnız qaldı. O itmədi, amma ömrünün sonuna kimi darıxdı dostu  Ürək üçün, onun şerləri üçün... O gündən Ağıl və Ürək barışmadı. Ağıl nifrət etdi Gözələ. O gün bu gün uzaq  gəzdi Gözəldən. .. Çünki gözəllərdə Ağıl olmaz əzəldən!
16.04.2012

3 комментария: