Əvvəlki özümçün çox darıxmışam
Gülüşü hər yanı bürüyən özüm.
Qurumuş çeşmətək ruhsuz qalmışam
Görəsən varmıdır buna bir çözüm?
Yenidən rəqs edib, gülmək istərəm
Dünyanı bağrıma basmaq istərəm
Bu dərin sükutu pozub, dərindən
Xətt çəkib yenidən uçmaq istərəm.
Şeirə, sənətə söz verib hərdən
Özümçün yazardım qəmdən, kədərdən
Yazardım sadəcə.. hiss etməyərək
Həyatı hər şeydən çox istəyərək...
Gülüşü hər yanı bürüyən özüm.Qurumuş çeşmətək ruhsuz qalmışam
Görəsən varmıdır buna bir çözüm?
Yenidən rəqs edib, gülmək istərəm
Dünyanı bağrıma basmaq istərəm
Bu dərin sükutu pozub, dərindən
Xətt çəkib yenidən uçmaq istərəm.
Şeirə, sənətə söz verib hərdən
Özümçün yazardım qəmdən, kədərdən
Yazardım sadəcə.. hiss etməyərək
Həyatı hər şeydən çox istəyərək...