Qəlbimin kamanı dinmədi, dinməz
Ən gözəl şərqilər çalar durmadan.Özüm çəkib getsəm, ismim silinməz
Şerim danışacaq hər an susmadan.
Mən cahana gəldim gözəllik üçün,
Dağları, çayları seyr etmək üçün.
Xainlik, əclaflıq kənar duracaq
Ürəyim sevgiylə daim vuracaq.
Nə yaxşı doğmusan məni, ay Ana,
Nə yaxşı bax bu cür yetişdirmisən.
Mal, mülk bir yanadır, qəlbim bir yana
Əsas İnsanlığı sən sevdirmisən.