Həyatda ən vacib nədir, görəsən?
Mehriban ailə, yoxsa saf dostlar?
Bəlkə iş yerində desinlər əhsən,
Çətin sənə burda əvəz tapılar?
Bəlkə ən vacibi olan övladdır,
Kiçik əllərini boynuna saran.
Bu xain dünyada bizi yaşadır,
Qəlbində nə hiylə vardır, nə yalan.
Bəlkə məşhur olmaq daha vacibdir,
Hər kəsin dilində dastan olursan.
Hətta yad, özgə də sənə sadiqdir,
Sanki doğulmusan onla bir candan.
Məncə ən vacibi xoşbəxt olmaqdır,
Ruhun ürəyinlə barışıq olsun.
Özgələr arxanca danışsa belə,
Dostlar ürəyində sənə taxt qursun.
Mehriban ailə, yoxsa saf dostlar?
Bəlkə iş yerində desinlər əhsən,
Çətin sənə burda əvəz tapılar?
Bəlkə ən vacibi olan övladdır,
Kiçik əllərini boynuna saran.
Bu xain dünyada bizi yaşadır,
Qəlbində nə hiylə vardır, nə yalan.
Bəlkə məşhur olmaq daha vacibdir,
Hər kəsin dilində dastan olursan.
Hətta yad, özgə də sənə sadiqdir,
Sanki doğulmusan onla bir candan.
Məncə ən vacibi xoşbəxt olmaqdır,
Ruhun ürəyinlə barışıq olsun.
Özgələr arxanca danışsa belə,
Dostlar ürəyində sənə taxt qursun.