суббота, 30 июня 2012 г.

SAXTA

Güclü ol, hisslərin qoy gizli qalsın,
Qoy heç kim görməsin göz yaşlarını.
Hisslərin qəlbində tufan qoparsın
Sən yenə də tökmə qaş-qabağını.

Saxta ol, hər kəsə daim gülümsə.
Kimsə yandığından xəbər tutmasın.
Ruhun arxasınca birdən sürünsə,
Bədənin bu işdən xəbər tutmasın.

Özün özün ilə gizlənpaç oyna,
Hakim ol daima fikirlərinə.
Bir də görəcəkdən olmusan saxta,
Qorxuyla baxırsan şübhələrinə.

Nə hisslərin qalıb, nə ruhun artıq
Özün öz məhkumun, öz hakiminsən.
Çətin insan kimi sevəsən artıq,
Özün öz gözündə cəllad kimisən.

Bir kərə gəlirik biz bu dünyaya,
Ürəkdən sevilək, ürəkdən sevək.
Hissləri paylaşaq olduğu kimi,
Çətin bu cahana bir daha gələk.


Комментариев нет:

Отправить комментарий