Bir gün savaşdılar eşqlə ehtiras,
Kim daha güclüdür sordular mənə.
Yarın zülm etsə də sevirsən yenə.
Yarın hər sözünü düzərək ipə,
Həzin nəğmə kimi xatırlayırsan.
Bənzədirsən gözəl şerə, qəzələBaxdıqca üzünə xumarlanırsan.
Ehtiras isə səni cuşa gətirir,
Yara toxunmaq üçün sən can atırsan.
Ruhu yox, əndamı səni sevdirir
Hər gecə xəyalı ilə yatırsan.
Ehtiras qanını coşdursa belə,
Çətin ki qəlbinə yol tapa sənin.
Eşq isə ağlını çaşdırsa belə,
Damarına hakim kəsilir qəlbin.
Ehtiras dərəyə yuvarlatdıqca,
Eşqin zirvələrə ucaldacaqdır.
Eşq sevənin gözün kor edir amma,
Ehtiras mənliyin alçaldacaqdır.
Ehtirasla eşqin vəhdəti necə,
Mümkünmü birliyi fərqli hisslərin?
Tutula bilərmi insan sevincə,
Ehtiras gözünə tor salsa qəlbin.
____________________________
Любовь без страсти – это дружба, Страсть без любви – почти вражда.
Комментариев нет:
Отправить комментарий