Yeni məhəbbətə açıqdır gönlüm.
Bəlkə sevdalı bir dəryaya endim,
Bəlkə dəli eşqə özümü gömdüm.
Bir şam işığının cazibəsinə
Zərif kəpənəyin uçuşu kimi,
Vurğunam sevdanın gül nəfəsinə,
Atıldım qoynuna bir körpə kimi.
Məhəbbət də məni qoynuna aldı,
Bütün dərdlərimi unutdum o an.
Bir gün ayrılığın olduna saldı,
Sevdalı qəlbimi elədi talan.
Baharı gözlərəm hər il səbr ilə,
Hələ ki zindana qəlbimi atdım.
Kölgəmi gəzirəm gündə şam ilə,
Bəlkə gələn bahar özümü tapdım.
Bəlkə sevdalı bir dəryaya endim,
Bəlkə dəli eşqə özümü gömdüm.
Bir şam işığının cazibəsinə
Zərif kəpənəyin uçuşu kimi,
Vurğunam sevdanın gül nəfəsinə,
Atıldım qoynuna bir körpə kimi.
Məhəbbət də məni qoynuna aldı,
Bütün dərdlərimi unutdum o an.
Bir gün ayrılığın olduna saldı,
Sevdalı qəlbimi elədi talan.
Baharı gözlərəm hər il səbr ilə,
Hələ ki zindana qəlbimi atdım.
Kölgəmi gəzirəm gündə şam ilə,
Bəlkə gələn bahar özümü tapdım.
Комментариев нет:
Отправить комментарий