четверг, 31 января 2013 г.
пятница, 18 января 2013 г.
ДУША В ДУШУ
Твоя душа как дом родной,
Позволь же мне в нее войти.
Ведь без меня ты сам не свой,
И нет иного нам пути.
Ты впустишь в душу, я войду
Мешать не стану, знаешь.
Я там порядок наведу,
Душой - моим ты станешь.
И так мы будем жить с тобой
Украдкой, душа в душу.
Прохладой стану летом я,
И теплой печкой в стужу.
* * *
Bir boşluq içində, qəmdə-kədərdə,
Boz duman bürüdü dörd bir yanımı.
Həyat sınayarmış qəlbdən sevəndə,
Hardan tapım məni duyan yarımı.
Duyub da duymazdan gəlməsin məni,
Ruhuma dost kimi seçmişəm onu.
Mən cənnnət bilərəm o olan yeri,
Tər çiçək sayaram dərdiyi otu.
Boz duman bürüdü dörd bir yanımı.
Həyat sınayarmış qəlbdən sevəndə,
Hardan tapım məni duyan yarımı.
Duyub da duymazdan gəlməsin məni,
Ruhuma dost kimi seçmişəm onu.
Mən cənnnət bilərəm o olan yeri,
Tər çiçək sayaram dərdiyi otu.
Varlığımın yoxluğu
Bilmirəm niyə, amma ömrümün sonuna lap az qaldığını düşünürəm. Bunu heç kimlə paylaşmamışam. Mənası da yoxdur, əslində. Varlığımın yoxluğu kimləri narahat edəcək ki? Anamı? Onun məndən başqa da övladları var. Bacı-qardaşımı? Onların da bir müddət sonra başı öz ailəsinə qarışacaq. İş yoldaşlarımı? Düşünmürəm, əvəzedilməz insan yoxdur. İstərdim ki, yoxluğumu hiss edən biri olsun. Varlığımdan nakam qalan biri, yoxluğumu hamıdan çox hiss etsin. Yox, demirəm ki, mənim həsrətimdən məhv olsun. Sadəcə hər gün axşam saatlarında məni xatırlasın. Məni məhz mənə görə xatırlasın. Xatırlayaraq da için-için ağlamaq əvəzinə gülümsəsin. Axı mənim varlığım onun üzündə kədər yox, təbəssüm yaradırdı. İnansın ki, o gülümsədikcə mən bunu hiss edəcəm. Başqalarının ağlaş səsi belə mənim üçün bu həfif gülümsəməni əvəz edə bilməz.
понедельник, 14 января 2013 г.
AİLƏ İSTƏYİRƏM
Ailə istəyirəm tək məni sevsin,
Sevinci, gülüşü, ruhu mən olum.
İşdə ləngiməyib, məni düşünüb
Evə usürünməsin, uçaraq gəlsin.
Ailə istəyirəm, bəsləsin məni,
Bir yeri sızlasa səsləsin məni.
Ağrısın acısın gizlətməsin qoy,
Deməsin: Düşündüm üzməyim səni.
Ailə istəyirəm, bir nəfəs alaq
Ölüncə yastığa birgə baş qoyaq.
Hər kəs bizə baxıb həsəd aparsın,
Dostlar ibrət alsın, yadlar çatlasın.
Sevinci, gülüşü, ruhu mən olum.
İşdə ləngiməyib, məni düşünüb
Evə usürünməsin, uçaraq gəlsin.
Ailə istəyirəm, bəsləsin məni,
Bir yeri sızlasa səsləsin məni.
Ağrısın acısın gizlətməsin qoy,
Deməsin: Düşündüm üzməyim səni.
Ailə istəyirəm, bir nəfəs alaq
Ölüncə yastığa birgə baş qoyaq.
Hər kəs bizə baxıb həsəd aparsın,
Dostlar ibrət alsın, yadlar çatlasın.
суббота, 12 января 2013 г.
Kaş hər kəs öz yarın tapa biləydi
Kaş hər kəs öz yarın tapa biləydi,
Öz ruh əkizini, öz yoldaşını.
Bir ömür yalnızca onu sevəydi,
Bağlamazdı ömrün hər yol daşına.
Hər kəs öz yarına "yarım" deyəydi
Toxunmazdı əli özgə vücuda.
Yalnız sevdiyiylə hey sevişərdi,
Xoşbəxt hisslər ilə yetə vüsala...
Öz ruh əkizini, öz yoldaşını.
Bir ömür yalnızca onu sevəydi,
Bağlamazdı ömrün hər yol daşına.
Hər kəs öz yarına "yarım" deyəydi
Toxunmazdı əli özgə vücuda.
Yalnız sevdiyiylə hey sevişərdi,
Xoşbəxt hisslər ilə yetə vüsala...
пятница, 11 января 2013 г.
Mən səni görsəydim nə söyləyərdim
Mən səni görsəydim nə söyləyərdim,
Yəqin tutulardı nitqim həmən an.
Sonra uşaq kimi gülümsəyərdim,
Mənimçün getməzdi, durardı zaman.
Mən səni görsəydim nə söyləyərdim,
Bu möhtəşəm anda nə demək olar.
Bəlkə də dizlərim üstə çökərdim,
Həyəcandan qəlbim nəfəsim durar.
Mən səni görsəydim nə söyləyərdim,
Bəlkə də heç bir şey, bəlkə də bir söz.
Səni baxışımla oxşar sevərdim,
Gözlər sevən yerdə aciz qalar söz.
Yəqin tutulardı nitqim həmən an.
Sonra uşaq kimi gülümsəyərdim,
Mənimçün getməzdi, durardı zaman.
Mən səni görsəydim nə söyləyərdim,
Bu möhtəşəm anda nə demək olar.
Bəlkə də dizlərim üstə çökərdim,
Həyəcandan qəlbim nəfəsim durar.
Mən səni görsəydim nə söyləyərdim,
Bəlkə də heç bir şey, bəlkə də bir söz.
Səni baxışımla oxşar sevərdim,
Gözlər sevən yerdə aciz qalar söz.
ÖZÜNÜ QORU MƏNDƏN
Qəhərlənib əlindən bir an silə bilərəm.
Özünü qoru məndən, girərəm ürəyinə,
Qəlbini söküb atsan, dolacağam beyninə.
Məndən qaçman faydasız, sən onsuz da mənimsən,
Özün də dərk etmədən, dəli kimi sevirsən.
Özünü qoru məndən, necə ki mən qorudum
Səni firkim, ruhumdan köç etməkdən yoruldum.
Hopdun sən damarıma, cəllad oldun canıma
Özünü qoru məndən köç etməmiş yanına.
Özünü qoru məndən, girərəm ürəyinə,
Qəlbini söküb atsan, dolacağam beyninə.
Məndən qaçman faydasız, sən onsuz da mənimsən,
Özün də dərk etmədən, dəli kimi sevirsən.
Özünü qoru məndən, necə ki mən qorudum
Səni firkim, ruhumdan köç etməkdən yoruldum.
Hopdun sən damarıma, cəllad oldun canıma
Özünü qoru məndən köç etməmiş yanına.
вторник, 8 января 2013 г.
HƏYAT DAVAM EDİR
Həyat davam edir sənsiz olsa da,
Aylar bir birini əvəz edəcək.
Nəfəsin duyuram uzaq olsan da,
Sən ölsən mənim də sonum gələcək.
Özümü düşündüm sənin yanında,
Birgə danışırdıq, birgə gülürdük.
Dərddən-qəmdən uzaq iki bəxtəvər,
Nağıl kimii gözəl ömür sürürdük.
Həyat davam edir istəməsək də,
Sən orda, mən burda, bitəcək ömür.
Mənə olan sevgin yaşat qəlbində,
Yalnız sevməyəndə insanlar ölür.
воскресенье, 6 января 2013 г.
ПУСТОТА
Как тяжело дышать без трепета любви,
Спешить куда то вдаль в тумане моря, грез.
Так хочется сказать, прости меня, прости,
Вернись ко мне, утри поток горестных слез.
Куда же я лечу по склону гор и скал?
Лишь ощущение порочной пустоты.
А ты ведь все предвидел и ты же ведь все знал,
Причиной всего злого вновь оказался "ТЫ".
А я люблю как прежде, меня влечет к тебе,
У жизни без тебя нет смысла. Пустота
Зияет предо мной, зовет меня к себе,
Я полечу в мороз, где нет любви тепла...
Спешить куда то вдаль в тумане моря, грез.
Так хочется сказать, прости меня, прости,
Вернись ко мне, утри поток горестных слез.
Куда же я лечу по склону гор и скал?
Лишь ощущение порочной пустоты.
А ты ведь все предвидел и ты же ведь все знал,
Причиной всего злого вновь оказался "ТЫ".
А я люблю как прежде, меня влечет к тебе,
У жизни без тебя нет смысла. Пустота
Зияет предо мной, зовет меня к себе,
Я полечу в мороз, где нет любви тепла...
НЕ ХОЧУ Я ВЕРИТЬ
Ведь это невозможно, ты сам мне говорил.
И лишь воспоминаниями живу еле дыша,
Я помню, каждый миг, когда меня любил.
Что больше не напишешь ты мне волшебных строк.
Я верю, что вернешься немного погодя,
Мне надо лишь отбыть в тюрьме тягостный срок.
Не хочу я верить, что нет жизни загробной.
Ведь вся надежда, милый, встретиться там вновь.
А в этой жизни странной, бесмыссленной и сложной
Я буду ждать конца, чтобы встретить любовь..четверг, 3 января 2013 г.
Görəsən kimlərdən soruşum səni?
Görəsən kimlərdən soruşum səni?
Günün necə keçir, həyatın necə?
Sənə bənzədirəm yeltək ötəni,
Unutmaq istəyim vermir nəticə.
Birinin xoş ətri hey xatırladır,
Birinin gülüşü, sözü eləcə.
Digərinin addım səsi aldadır,
İnsan dəli olur bu cür sevincə.
Hər şey xatırladır gözəl çöhrəni,
Gözümü də yumdum, amma nə fayda.
Kaş ki unudaydım olub keçəni,
Mən qışda qalardım, sən isə yayda.
Günün necə keçir, həyatın necə?
Sənə bənzədirəm yeltək ötəni,
Unutmaq istəyim vermir nəticə.
Birinin xoş ətri hey xatırladır,
Birinin gülüşü, sözü eləcə.
Digərinin addım səsi aldadır,
İnsan dəli olur bu cür sevincə.
Hər şey xatırladır gözəl çöhrəni,
Gözümü də yumdum, amma nə fayda.
Kaş ki unudaydım olub keçəni,
Mən qışda qalardım, sən isə yayda.
Подписаться на:
Сообщения (Atom)
