пятница, 18 января 2013 г.

Varlığımın yoxluğu

Bilmirəm niyə, amma ömrümün sonuna lap az qaldığını düşünürəm. Bunu heç kimlə paylaşmamışam. Mənası da yoxdur, əslində. Varlığımın yoxluğu kimləri narahat edəcək ki? Anamı? Onun məndən başqa da övladları var. Bacı-qardaşımı? Onların da bir müddət sonra başı öz ailəsinə qarışacaq. İş yoldaşlarımı? Düşünmürəm, əvəzedilməz insan yoxdur. İstərdim ki, yoxluğumu hiss edən biri olsun. Varlığımdan nakam qalan biri, yoxluğumu hamıdan çox hiss etsin. Yox, demirəm ki, mənim həsrətimdən məhv olsun. Sadəcə hər gün axşam saatlarında məni xatırlasın. Məni məhz mənə görə xatırlasın. Xatırlayaraq da için-için ağlamaq əvəzinə gülümsəsin. Axı mənim varlığım onun üzündə kədər yox, təbəssüm yaradırdı. İnansın ki, o gülümsədikcə mən bunu hiss edəcəm. Başqalarının ağlaş səsi belə mənim üçün bu həfif gülümsəməni əvəz edə bilməz. 

Комментариев нет:

Отправить комментарий