Yazmağa bir sözüm qalmadı, inan
Hər nə varsa dedim, sənlə paylaşdım.
"Bəxtəvərdir" deyir kənardan baxan
Mən öz göz yaşıımı içimə axıtdım.
Göz yaşın gizlətmək qadın üçün hünər,
Qəlbim sızlayanda gülməli üzüm.
Günlər, aylar keçər, il, dövran dönər
Gör, ağlarkən gülmək necədir, gülüm?!
Qələmdə mürəkkəb bitmək üzrədir,
Sənə inamım da bitəcək bir gün.
Baxma ki, bədənim getmək üzrədir,
Ruhumla bacarmaz heç zaman ölüm.
.
Hər nə varsa dedim, sənlə paylaşdım.
"Bəxtəvərdir" deyir kənardan baxan
Mən öz göz yaşıımı içimə axıtdım.
Göz yaşın gizlətmək qadın üçün hünər,
Qəlbim sızlayanda gülməli üzüm.
Günlər, aylar keçər, il, dövran dönər
Gör, ağlarkən gülmək necədir, gülüm?!
Qələmdə mürəkkəb bitmək üzrədir,
Sənə inamım da bitəcək bir gün.
Baxma ki, bədənim getmək üzrədir,
Ruhumla bacarmaz heç zaman ölüm.
.






