среда, 16 мая 2012 г.

Van Dam


Dünən həyətdə uşaqların söhbətinin şahidi oldum. Uşaqların söhbətlərini dinləmək və sonradan onları analiz etmək çox maraqlıdır, əslində. Deməli, uşaqlardan biri digərinə "Sən böyüyəndə nə olacaqsan?" sualına biri "Mən böyüyəndə, polis olacam", digəri rəis olacam deyə cavab verdi. Ən xoşuma gələn cavab isə "Mən böyüyəndə maşın olacam" cavabı idi :) Elə bu məqamda qızıma dönüb soruşdum:
-Qızım, sən böyüyəndə nə olacaqsan?
Heç üzümə baxmadan cavab verdi:
-Mən böyüyəndə gəlin olacam, mami!
Bax belə, hələ 3 yaşından hər bir insanın beynində nə olacağı haqda müəyən bir fikirlər formalaşır.
Bu arada öz uşaqlıq düşüncələrim yadıma düşdü. Mən böyüyəndə Van Dam olmaq istəyirdim. Hə, hə düz başa düşdünüz. Məhz Van Dam, məşhur "Boksçu" filmində onun məqsədyönlüyü valeh etmişdi məni. İndi deyirəm ki, o gündən bu günə fikirlərim çox da dəyişməyib. Elə yenə də Van Dam olmaq istərdim...

Комментариев нет:

Отправить комментарий