Mənə dərdim qədər yaxınsan,fəqət,
Dərmanım kimi də uzaq durmusan.
Ucu bilinməyən, sonsuz bir sərhəd,
Arada tikanlı, məftil qurmusan.
Qadağa qoyulmuş meyvə kimisən,
Səninçün cənnətdən qovulacağam.
Mənim varlığımı çoxdan silmisən,
Səninlə yenidən doğulacağam...
Mənə savab qədər uzaq olsan da,
Günahlarım kimi əziz olmusan.
Özün istəmədən, bilmədən, gülüm,
Həyat yollarıma qədəm qoymusan...
Dərmanım kimi də uzaq durmusan.
Ucu bilinməyən, sonsuz bir sərhəd,
Arada tikanlı, məftil qurmusan.
Qadağa qoyulmuş meyvə kimisən,
Səninçün cənnətdən qovulacağam.
Mənim varlığımı çoxdan silmisən,
Səninlə yenidən doğulacağam...
Mənə savab qədər uzaq olsan da,
Günahlarım kimi əziz olmusan.
Özün istəmədən, bilmədən, gülüm,
Həyat yollarıma qədəm qoymusan...