среда, 2 мая 2012 г.

SEVİLMƏK GÖZƏLMİŞ

Yenidən sevilmək necə gözəlmiş,
Daim hiss edirsən hərarətini
Tək beynində deyil, ürəyində də
Hiss edə bilirsən öz qüdrətini.

Ürəyinə hakim kəsildiyini
Biləndə sənə güc, qüvvə gəlir
Surətin önündə əyildiyini görmək
Sənə sonsuz zövq verir.

O səni izləyir, sənlə yaşayır
Səninlə başlayır hər sabahını
Səni unutmamaq üçün əlləşir,
Hər mahnı sözündə səni yaşadır.

O xəyallar qurur ümid edərək,
Geri dönməyəcəyini dəqiq bilərək.
Ömrünü yaşayır sakit, səssiszə
Sənin dərdindən bu yazıq bəndə...

2 комментария: