вторник, 24 апреля 2012 г.

XOŞBƏXTLİK NƏDİR?

Xoşbəxtlik hardadır, səadət nədir?
Sualına mən cavab tapa bilmədim.
Bu dünyada yüz il ömür sürsəm də,
Xoşbəxtlik açarın tapa bilmədim.

Bəlkə də xoşbəxtlik bir yaz günəşi,
Bəlkə bir körpənin gülüşündədir.
Bəlkə də axşamlar xoş azan səsi,
Bəlkə də baharın gəlişindədir.

Bəlkə xoşbəxtliyin sirli açarı
Qarşılıqlı sevgi, ehtiramdadır.
Bəlkə bir möminin dualarında
Bəlkə divanənin kamanındadır.

Xoşbəxtlik hər kəsin pak niyyət ilə,
Özü qurduğu bir kiçik aləmdir.
Ümidin itirmə, sən gözlə onu,
Onun bir anı, bir ömrə bədəldir...