суббота, 21 апреля 2012 г.

BİZİM ZƏMANƏ

Görəsən nə üçün dəyişib zaman?
İndi hər sevənə dəli deyirlər.
Ancaq vara, pula, birdə ki, yaman
Adamı olana boyun əyirlər.

Hanı bəs Leylilər, Şirinlər dövrü,
Hanı Qərib sazı, Fərhad külüngü,
Bəlkə bunlar haqqdı, bəldə də yalan?
Bəlkə də doğrudan dəyişib zaman?

Bəs onda şairlər nədən yazsınlar?
Məhəbbət önündə əyilən yoxdur!
Söyləyin haradan ilham alsınlar?
Sevib sevilməyi bacaran yoxdur!

Gəlin, qəlbi geniş, ürəyi təmiz,
Bir az da ürəkli olun insanlar!
Hər kəsi qəlbinə görə seviniz
"Varlığa nə darlıq" deyib atalar.

Birinin cibi boş, qəlbi böyükdür,
Birinin içi boş, cibi isə dolu.
Dünyanın əzəldən üzü dönükdür.
Kim göstərər bizə haqq, nahaqq yolu?

İnanın, inanın Siz vallah mənə
Məhəbbət hər şeyə qalib gələcək!
Leylini  Fərizə, Məcnunu İlham,
Şirini isə Afaq əvəz edəcək!

03.08.1999

Qeyd: Nəzərə alsaq ki, böyük şairin həyat yoldaşı Afaq Şirin obrazının prototipi olub, Afaq adının şerdə yer alması doğrudur.

2 комментария: