пятница, 20 апреля 2012 г.

AD GÜNÜN MÜBARƏK, QIZIM!

Bu dünyaya gəlişinlə mənim həyatımı büs-bütün dəyişən balaca varlıq, bu gözəl gündə sənə nəsihət vermək istərdim. İstərdim ki, həyatda əsl İNSAN kimi yaşayasan. Əsl insan, güclülərə güclü olduğu üçün əyilməyən, zənginlərə zəngin olduğu üçün həsəd aparmayan, öz çıxarları üçün haqqı nahaqqa verməyən kəsdir. Həyat yolunda bir addım atmazdan öncə qəlbinin səsini dinlə. Hər nə etsən ürəkdən et, güləndə qəhqəhə ilə gül, ağlayanda sızlanma, hönkürtü ilə ağla, sevəndə bütün varlığınla sev. Çətinlik qarşısında aciz olma heç zaman, həyat acizləri sevməz çünki. Alçaqların qarşısında başını daima dik tut. Hansı peşənin sahibi olursan ol, gördüyün iş mükəmməlliyi ilə seçilsin həmişə. İnsanların məhəbbətini və hörmətini qazanmağı bacar.
 Mübariz ol, mənim balam, həmişə mübariz ol!

Комментариев нет:

Отправить комментарий