İndi hər sevənə dəli deyirlər.
Ancaq vara, pula, birdə ki, yaman
Adamı olana boyun əyirlər.
Hanı bəs Leylilər, Şirinlər dövrü,
Hanı Qərib sazı, Fərhad külüngü,
Bəlkə bunlar haqqdı, bəldə də yalan?
Bəlkə də doğrudan dəyişib zaman?
Bəs onda şairlər nədən yazsınlar?
Məhəbbət önündə əyilən yoxdur!
Söyləyin haradan ilham alsınlar?
Sevib sevilməyi bacaran yoxdur!
Gəlin, qəlbi geniş, ürəyi təmiz,
Bir az da ürəkli olun insanlar!
Hər kəsi qəlbinə görə seviniz
"Varlığa nə darlıq" deyib atalar.
Birinin cibi boş, qəlbi böyükdür,
Birinin içi boş, cibi isə dolu.
Dünyanın əzəldən üzü dönükdür.
Kim göstərər bizə haqq, nahaqq yolu?
İnanın, inanın Siz vallah mənə
Məhəbbət hər şeyə qalib gələcək!
Leylini Fərizə, Məcnunu İlham,
Şirini isə Afaq əvəz edəcək!Qeyd: Nəzərə alsaq ki, böyük şairin həyat yoldaşı Afaq Şirin obrazının prototipi olub, Afaq adının şerdə yer alması doğrudur.

Bəlkə də doğrudan dəyişib zaman?. Gözəl şeir üçün təşəkkür
ОтветитьУдалитьBəyəndiyiniz üçün mən təşəkkür edirəm:)
ОтветитьУдалить