İsti yay günüdə görüşdü onlar,
Tanışlığa hava səbəbmi oldu?
Yoxsa bəhanəydi isti havalar,
Səbəb yalnızlığa aparan yoldu?
Bir qədər keçmişdən danışardılar,
Hər xırda söz üstə savaşardılar.
Hardan biləydilər gün gələcəkdi
Onlar bu günləri yad edəcəkdi?
Sonra soyuq, buzlu, şaxtalı gündə
Ayrılıq qapısın çaldı gənclərin..
Sanki qəlblərində topdan bir qəlpə,
Qaldı nakam olan bu sevənlərin.
Sevgi hekayəsi nakam qaldıqda,
Məncə ülviliyin qoruyub saxlar.
Onlar bir-birini yada saldıqda,
Göylərdə Leylilər, Məcnunlar ağlar.
Комментариев нет:
Отправить комментарий