суббота, 26 мая 2012 г.

HAYQIR SEVGİNİ


Onu sevdiyini hayqır dünyaya,
Qoy səsini duysun hər dağ, hər dərə.
Qoy hamı bilsin ki, dərdindən onun
Olub mənim dostum dəli-divanə.

Sənin olmayanı sevmən günahmı?
O zaman günahsız çətin tapılsın.
Eşqini bəyan et, qoy etməyənlər
Eşqin qarşısında susub utansın.

Qoy sənin sevdiyin sənin olmasın,
Qoy o həsrətinlə yanıb tutuşsun.
İnan qucağında gözün yummasa,
Çətin o dünyada rahat uyusun.
                                                                                                                                                         

Комментариев нет:

Отправить комментарий