Ara-bir tərk elə məni,
Qoy bir az həsrət qalım sənə.
Xatırlayım şerlərini,
Ağlayım çıxıb getdiyinə.
Bir azca üzülüm sənsiz,
Ürəklər çırpınsın quştək.
Axşamlar dolaşım səssiz,
Sən orda, mən burda qalım tək.
Sonra gəl, barışaq sənlə,
Dünya birdən, hər rəngə boyansın.
Elə güclü sevək ki, yenidən
Yer üzü bizimçün fırlansın.
http://www.youtube.com/watch?v=_WQzf9ptgVs
Комментариев нет:
Отправить комментарий