вторник, 22 мая 2012 г.

YUXU



Görürəm gecələr yata bilmirsən,
Fikirlər, xəyallar imkanmı vermir?
Yazdıqlarını hey vərəqləyirsən,
Köhnə xatirələr rahatlıq vermir.

Düşünməmək üçün bağla gözünü,
Dərin bir nəfəs al, bir az rahatla.
Sonra yavaş-yavaş ötür köksünü,
Çalış unudasan onu bir azca.

Deyəsən alınmır, ey əziz  dostum.
Çünki  qəlbə girən, çətin ki çıxsın.
Baxmayaraq ki, əhdini pozdun
İstərdin bir kərə əlini sıxsın.

Bir kərə dizinə başını qoysun,
İpək saçlarınıı sən oxşayasan.
Sən sığal çəkərkən üzünə onun.
Çətin, hisslərinə hakim qalasan                                                       .
                                                    
                                                      



Комментариев нет:

Отправить комментарий