Biriləri atadan, anadan yetim qalar
Mən səndən yetim qaldım, nağlımın qəhrəmanı.
Kimisi unudular, zamanla xatırlayar
Sən isə durdurmusan mənim üçün zamanı.
Kədərli baxışla ətrafı süzüb,
Hər an gözləyirəm o dönüşünü,
Kimsəsiz uşaqtək dodağın büzüb,
Duymaq istəmirsən o gülüşümü?
Mən isə nələrə ümid etmişdim,
Nağıl qəhrəmanım vəfasız çıxdı.
Gedəcəyini o vaxtdan sezmişdim,
Heyif, ümidlərim boşuna çıxdı.
Комментариев нет:
Отправить комментарий