
Mən keçmişin bir çox adət-ənənələrini bəyənən kəslərdənəm. Məsələn, mesaj, çat kimi yeni texnologiyalar mənim nəzərimdə heç bir zaman məktubu əvəz edə bilməz. Bir özünüz düşünün, sevdiyiniz kəsə yazdıqlarınız sms-lər yanlış toxunma nəticəsində bir anda yox ola bilir. Amma məktubların özünəxas üstünlükləri var, məncə. Keçmişdə sevdiyi kəsdən alınan məktublar xüsusi yerdə saxlanardı. Bir çox xanımlar məktubu göndərməzdən öncə ona öz ətirlərindən vurardılar, üzərinə rəsm çəkərdilər. Oğlanlar barmaqlarını yaralıyaraq, sevdiklərinə məhəbbətlərini sübut etmək üçün məktubun sonunda qanları ilə imzalarını qoyardılar. Məktubu sevgililərə çatdırmaq üçün xüsusi etibarlı adamlar olurdu. Bunlar hamısı xırda məsələlər olsa da, bir xəbəri sevgilisinə çatdırmaq üçün xüsusi hazırlığın əlamətləridir. Bir SMS isə göndərilən sevgi sözlərinin dəyərini çox azaldır. Onu məktubtək illərcə deyil, növbəti yeni telefon alanadək saxlayırsan. Məktub, yazanın bu və ya digər sözləri yazarkən həyəcandan əlinin titrəyişini hiss etdirir sənə. Sənin üçün darıxanın axan göz yaşlarının izini görə bilirsən məktubda. Amma ki, yazılan sms-lər indiki məhəbbətlər kimi qısaömürlüü və ətirsizdilər. Məktub yazın, cavanlar, məktub yazın, məncə.
Комментариев нет:
Отправить комментарий