Ağlın yol vermədi yazıq qəlbinə,
Sevgili-canandan ayırdı səni.
Səni həsrət qoydu yasaq sevginə,
Yaman viran qoydu gönül evini.
Ağlın əmr verdi "Unutmalısan-
Sən ondan həmişə gen durmalısan!"
Ürək sıxılaraq dinlədi sözün,
Onu görməməkçün bağladı gözün.
Beləcə ömrünü başa vurdun sən,
Nə ağlın incidi, nə qəlbin, əhsən!
Görəsən dinlərdin ağlın səsini,
Əgər ki, dünyaya yenidən gəlsən?
Комментариев нет:
Отправить комментарий