четверг, 24 мая 2012 г.

ATAMA ŞİKAYƏT



Yaman yorulmuşam, ata, ay ata.
Kobud və qəlbqıran, acı sözlərdən.
Bir insan ki, ucuz ala çox baha sata
Nə gözləyim, söylə, belə kəslərdən.

Hər nə elədimsə ürəkdən etdim,
Halal tikəmizə haram qatmadım.
Mən hər addımımda ədalətliydim,
Haqqı nahaqqa mən heç vaxt satmadım.

Sənin nəsihətin mənimçün qayda,
Qulaqda sırğadır müdrik sözlərin.
Aciz olmayacam, amma nə fayda
Həyatı dəyişmir söylədiklərin.

Комментариев нет:

Отправить комментарий