четверг, 17 мая 2012 г.

BİR DƏNİZ DÜŞÜN...

Bir dəniz düşün - sahilində mən,
Bir gəmi olsun, kapitanı sən.
Gəl məni apar açıq okeana,
Sonra daxil et sirli dünyana.

Mən də o dünyanın sakini olum,
Damla-damla sənin qanına hopum.
Qəlbimdən keçəni oxu gözümdən,                      
Sən yelkən olanda, külək olum mən.

Ürəyində yerim bam başqa olsun, 
Daim gözlərində çox gözəl qalım.

Üzümə qırışlar tor salsa belə,
Mən sənin qəlbinə bir lövbər salım.

Комментариев нет:

Отправить комментарий