пятница, 11 января 2013 г.

ÖZÜNÜ QORU MƏNDƏN

Özünü qoru məndən, səni sevə bilərəm.
Qəhərlənib əlindən bir an silə bilərəm.
Özünü qoru məndən, girərəm ürəyinə,
Qəlbini söküb atsan, dolacağam beyninə.

Məndən qaçman faydasız, sən onsuz da mənimsən,
Özün də dərk etmədən, dəli kimi sevirsən.
Özünü qoru məndən, necə ki mən qorudum
Səni firkim, ruhumdan köç etməkdən yoruldum.

Hopdun sən damarıma, cəllad oldun canıma
Özünü qoru məndən köç etməmiş yanına.

Комментариев нет:

Отправить комментарий