Mən səni görsəydim nə söyləyərdim,
Yəqin tutulardı nitqim həmən an.
Sonra uşaq kimi gülümsəyərdim,
Mənimçün getməzdi, durardı zaman.
Mən səni görsəydim nə söyləyərdim,
Bu möhtəşəm anda nə demək olar.
Bəlkə də dizlərim üstə çökərdim,
Həyəcandan qəlbim nəfəsim durar.
Mən səni görsəydim nə söyləyərdim,
Bəlkə də heç bir şey, bəlkə də bir söz.
Səni baxışımla oxşar sevərdim,
Gözlər sevən yerdə aciz qalar söz.
Yəqin tutulardı nitqim həmən an.
Sonra uşaq kimi gülümsəyərdim,
Mənimçün getməzdi, durardı zaman.
Mən səni görsəydim nə söyləyərdim,
Bu möhtəşəm anda nə demək olar.
Bəlkə də dizlərim üstə çökərdim,
Həyəcandan qəlbim nəfəsim durar.
Mən səni görsəydim nə söyləyərdim,
Bəlkə də heç bir şey, bəlkə də bir söz.
Səni baxışımla oxşar sevərdim,
Gözlər sevən yerdə aciz qalar söz.
Комментариев нет:
Отправить комментарий