Həyat davam edir sənsiz olsa da,
Aylar bir birini əvəz edəcək.
Nəfəsin duyuram uzaq olsan da,
Sən ölsən mənim də sonum gələcək.
Özümü düşündüm sənin yanında,
Birgə danışırdıq, birgə gülürdük.
Dərddən-qəmdən uzaq iki bəxtəvər,
Nağıl kimii gözəl ömür sürürdük.
Həyat davam edir istəməsək də,
Sən orda, mən burda, bitəcək ömür.
Mənə olan sevgin yaşat qəlbində,
Yalnız sevməyəndə insanlar ölür.
Комментариев нет:
Отправить комментарий