Görəsən kimlərdən soruşum səni?
Günün necə keçir, həyatın necə?
Sənə bənzədirəm yeltək ötəni,
Unutmaq istəyim vermir nəticə.
Birinin xoş ətri hey xatırladır,
Birinin gülüşü, sözü eləcə.
Digərinin addım səsi aldadır,
İnsan dəli olur bu cür sevincə.
Hər şey xatırladır gözəl çöhrəni,
Gözümü də yumdum, amma nə fayda.
Kaş ki unudaydım olub keçəni,
Mən qışda qalardım, sən isə yayda.
Günün necə keçir, həyatın necə?
Sənə bənzədirəm yeltək ötəni,
Unutmaq istəyim vermir nəticə.
Birinin xoş ətri hey xatırladır,
Birinin gülüşü, sözü eləcə.
Digərinin addım səsi aldadır,
İnsan dəli olur bu cür sevincə.
Hər şey xatırladır gözəl çöhrəni,
Gözümü də yumdum, amma nə fayda.
Kaş ki unudaydım olub keçəni,
Mən qışda qalardım, sən isə yayda.
Комментариев нет:
Отправить комментарий