вторник, 11 сентября 2012 г.

Mən ki SƏN deyiləm

Mən ki sən deyiləm səni unudum,
Gedib başqasıyla bir yuva qurum.
Mən ki sən deyiləm xəyanət edim,
Küləktək gündə bir qapıya gedim.

Mən ki sən deyiləm incidim səni,
Gözdən axan yaşa biganə qalım.
İstərdim bir anda unudum səni,
Özümsə qəlbində yeganə qalım.

Комментариев нет:

Отправить комментарий