среда, 26 сентября 2012 г.

Qoy, dünya fırlansın öz axarıyla

Nə yazılıbdırsa silinən deyil,
Hər edilən dua keçərli olmaz.
Əli saxtalığa edənin meyil,
Yüz tövbə etsə də bil ki, düz olmaz.

Hər parlyan dəmir qızıl deyildir,
Mal düşgünündən vəfa umulmaz.
Qadının işvəsi nazı sehrdir
Kişi düşünsə də ondan baş açmaz.

Qoy, dünya fırlansın öz axarıyla,
Pislər əyri olsun, yaxşılar doğru.
Kasıb namusunda, varlı malında,
Tapacaq mənasın ömür yolunun.