вторник, 10 апреля 2012 г.

Мои наброски

Şamın gözəlliyi yanmasındadır
Mənimlə razılaşarsınız ki, bəzən birinin misal üçün gətirdiyi bir ifadə bəzən bir ömür beynimizə həkk olub qalır.
Hələ universitetdə oxuyarkən bir kurs bizdən yuxarı oxuyan, amma yaşca bizdən yaşlı olan bir oğlanın söhbət əsnasında dediyi sadə bir ifadə beləcə mənim yaddaşımda öz yerini tapmışdır. Jurnalist kimi qəzetdə çalışan bu oğlana gözəl şerlər yazdığına görə şair deyərdi tələbələr öz arasında. Sevgi nədir, Şair?- sualına o özünəməxsus tərzdə cavab vermişdir. Birini bir an belə unutmağa nail ola bilmirsənsə deməli sevirsənş. Sevgi elə bir hissdir ki, gecə yarısı dəhşətli diş ağrısına oyandığın anda belə sevdiyin kəsi xatırlayırsan və şirin gizilti keçir qəlbindən, için-için yanırsan sanki ...Düşündüm və bu hissdən məhrum olanlara acıdım düzü. Bu hissin nə olduğundan tamamilə xəbərsiz olanları qınamağa dilim belə varmır. Bədbəxt insanı qınamaq nə dərəcədə düzgün olardı? Bu insanlar insan statusuna belə layiq görülməməlidir məncə.
 İnsan sevirsə, İNSAN-dır... Çünki şamın gözəlliyi yanmasındadır.

Комментариев нет:

Отправить комментарий