четверг, 12 апреля 2012 г.

DİQQƏT!!! KAMERALAR ÇƏKİR...

   O gün bir toyda idim. Düzü bir az sonra artıq darıxmağa başladım. Toylarımızın çox standart keçdiyini nəzərə alsaq, darıxmamın səbəbini izah etməyə ehtiyac qalmaz. Elə bundan istifadə edərək, başladım insanları izləməyə. Əsl əyləncə elə bu məqam başladı. Cəmiyyətimiz necə də süni imiş, aman Allah?! Kameraların obyektivini öz üzərində hiss edən hər bir kəs həmin an rəqs edərkən hərəkətlərinə, yemək yeyərkən ağzına, hətta yeriyərkən belə yerişinə xüsusi diqqət yetirirdi. Bunlar məni düşünməyə vadar etdi. İnsan əlində olan kameradan bu qədər təsirlənən insan övladı unudub ki, Allahın nəzəri daima onun üzərindədir. İlahinin kamerası o qədər funksionaldır ki, hətta beynimizdən keçənləri belə nəzərdən qaçırmır. İnsanlar isə günah işləməyə davam edir və hər şeyə rağmən insan övladının əlində olan kameradan çəkindikləri qədər, Allahın cəzasından çəkinmirlər. Oysa ki, ey insanlar diqqət!!! Kameralar çəkir...

Комментариев нет:

Отправить комментарий