суббота, 19 мая 2012 г.

HƏSSAS İNSAN...

Bu gün bulvarda böyük tədbirimiz keçirilirdi. Çalışdığım Bank milli sponsorlardan biridir. Hər zamann olduğu kimi, istənilən məqamda insanları analiz etmək imkanını burda da əldən verrmədim. Tədbirdə keçirilən lototron oyunun aparıcısı özüm idim. İnsanlar asan yolla hədiyyə əldə etmək üçün qızmar günəş altında saatlarla dayanırdılar. Əsl dəhşət isə oyun başlayanda baş verdi. "Ay xanım, məni seçin deyə" az qala fırlanan barabanı yerindən oynadan insanların sayı bilinmirdi. Dəhşət məni bürüdü. İnsanları bu cür hərəkətə nə vadar edirdi axı? Havayı hədiyyə həvəsi, rəqabət hissi, yoxsa, ayıb da olsa deyəcəm "heyvani instinktlər"? Elə bu məqam öz tərzimə keçdim. Arxada dayanıb, məzlum-məzlum boylanan kəsləri dəvət etdim oyunda iştirak etmək üçün, yəni utandıqlarından əllərini uzatmayan kəsləri. Aralarında bəzilərinin üzündə təəccüb ifadəsi var idi, bəziləri isə sanki daxilində olan hissləri belə biruzə verməyə utanırdı. O səs küydə, növbəti utancaq xanımı dəvət etdikdə, xanım heç bir şey udmasa belə üzünü mənə tutub "Qızım, sağ ol ki, belə hessassan" deməsi məni lap çaşdırdı. Həssas insannı ancaq həssas insan başa düşər və yalnız həssas insan heç bir şey udmasa belə minnətdar olmağa qadirdi...

1 комментарий:

  1. Bloqun statistikasını nəzərdən keçirdim. Beləsini gözləmirdim doğrusu. Ermənistandan bloqumu oxuyan var. Bunlar burda nə itirib görəsən?

    ОтветитьУдалить