воскресенье, 27 мая 2012 г.

TƏQAÜD


Qəlbim təqaüdə çıxacaq bir gün,
Artıq sevməyə də yaramayacaq.
Asta-asta vurub qocalır, ey Gül
Səni görəndə də çırpınmayacaq.

Kiçik bir maaşla qənaətlənər,
Nəvə nəticəylə baş qatacaqdır.
Sənli günlərini hey lənətləyər,
Bəlkə sevdiyinə utanacaqdır.

Qocalıq həddini uzatmaq olmaz,
Cism ilə birlikdə qocalır qəlb də.
Yalnız seviləndə qəlblər qocalmaz,
Heyif ki, bilmədik bunu gənclikdə.

1 комментарий:

  1. Lubvi vse vozrasti pokorni,velikiy Pushkin qovoril.Yashindan asili olmayaraq yalniz insan sevib sevilende daxilen ozunu cavan ve xoshbext hiss edir

    ОтветитьУдалить