четверг, 31 мая 2012 г.

TÜKƏNMİŞ SÖZLƏR.

Yazmağa bir sözüm qalmadı, inan
Hər nə varsa dedim, sənlə paylaşdım.
"Bəxtəvərdir" deyir kənardan baxan
Mən öz göz yaşıımı içimə axıtdım.

Göz yaşın gizlətmək qadın üçün hünər,
Qəlbim sızlayanda gülməli üzüm.
Günlər, aylar keçər, il, dövran dönər
Gör, ağlarkən gülmək necədir, gülüm?!


Qələmdə mürəkkəb bitmək üzrədir,
Sənə inamım da bitəcək bir gün.
Baxma ki, bədənim getmək üzrədir,
Ruhumla bacarmaz heç zaman ölüm.
.

4 комментария:

  1. Deyəsən, şerlər yenə yamab bədbin alınır. Valı dəyişmək lazımdır ))

    ОтветитьУдалить
  2. cox kederlendirdiz meni.. heqiqetende qadin ele bir guclu mexluqdiki gulerken aglaya bilir qelbinde.. aglarkan gule bilir.

    ОтветитьУдалить
  3. Kədərləndirmək istəməzdim(( Güclü olduğumuzda haqlısınız. Bunu kişilər belə inkar edə bilməz

    ОтветитьУдалить
  4. ......icin qan aglarken gulmek cetindir. Amma eger bawqalarinin gozunde xowbext gorunmeyi bacarirsansa ,demek bir gun dogrudan da xowbext olacagina inanirsan...

    ОтветитьУдалить