İki qadın düşünün: biri şən, deyib-gülən,
Həyatını, ömrünü şad və xürrəm keçirən.
Digər bir qadın isə ismətinə boğulub,
Sanki günah işləyib, cəhənəmdən qovulub.
Bu şən xanım abırdan-həyadan xəbərsizdir,
Hər gününü, saatını kef edərək keçirir.
O həyatda hər şeyə laqeid, qərəzsizdir,
Yalnız pula, daş-qaşa, geyimə dəyər verir.
Digər xanım abrına-namusuna düşgündür,
O dünyanın kefindən, ləzzətindən sürgündür.
Bayağı boyanmaqdan, bəzəkdən uzaq qaçar,
Ömrünü zəhmət ilə halallıqla yaşayar.
Gün gələr, dövran keçib illər sona yetəndə,
Hər iki xanımın da ömrü sona yetəcək.
Şən xanım: "Gənc olardım, yaşayaydım" deyəndə,
Digər xanım "Allaha şükür olsun" deyəcək.
https://www.facebook.com/farioal/posts/402622949776170#!/profile.php?id=749615097
Son günlərdə yazdığım şerlər içində özüm bunu bəyəndim, düzü. Şərh etməyinizi istərdim!
ОтветитьУдалитьbezen heyatin aci heqiqetleri,deyerimizi bilmeyen insanlar bizi bezdirende "kash ki ehlikef olaydim onda qedrim bilinerdi!" dediyimiz anlar cox olur. Amma netice onu gosterir ki,deyersiz insanlar terefinden deyerlendirilmemek facie deyil, esl facie bizi seven, hormet eden ve inanan insanlarin guvenini itirmekdir!
ОтветитьУдалить