Səni gəlinlikdə görmək istərdim,
Bəyaz duvağına əlim toxunsun.
Ayağın altına güllər səpərdim,
Təki üzüyüm barmağında dursun.
Fatanı qaldırıb səni öpərdim,
Utancdan gözünü yerə dikərkən.
Kaş məni mən təki sevə bilərdin,
Mən sənin dərdindən bu cür ölərkən.
Kaş mənim halalım ola bilərdin,
Dünyanı qarşına sərərdim sənin.
Sevmək necə olur onda görərdin,
Ovcumun içində atardı qəlbin.
Səni gəlinlikdə görmək istərdim,
Heyif ki, bu mümkün olmayacaqdır.
Cavabı olmayan sevgidir dərdim,
Lakin dərmanı tapılmayacaqdır.
Комментариев нет:
Отправить комментарий