среда, 11 июля 2012 г.

BOŞ VER

Hər axşam sevinib nəşələnirsən,
Yadına düşdükcə onlu günlərin.
Sevilirsən deyə gürrələnirsən,
Çox da qanadlanma deyir ürəyim.

O boş xəyallara sən gəl aldanma,
Şirin sözlər səni qoy şişirtməsin.
Göylərə yüksəlib çox da ucalma
Enəndə heç yerin qoy əzilməsin.

Əgər ki sevgilin vəfalıdırsa,
Xoşbəxt olacaqsan daim dünyada.
Yox ona inamın bir gün çat qoysa,
Boş ver, yaşatsa da gözəl sarayda.


Комментариев нет:

Отправить комментарий