Nə bir sözüm qaldı, nə də söhbətim
Nə sevgim bitəndi, nə də nifrətim,
Həsrət sancısıyla qovrulub yandım.
O məni sevərkən tərəddüd etdi,
Ürəyində taxt-tac qura bilmədim.
Sanki məni deyil hüsnümü sevdi.
Mən isə bunları duya bilmədim.
Yanıram yerini mən boş görəndə,
Heyif ki, hisslərə əmr etmək olmur.
Səni sevməyəni qəlbdən sevəndə,
İllər ötüb keçsə surəti solmur.
Комментариев нет:
Отправить комментарий