
Son bir dəfə ortaq ol dərdimə,
Barmaqların telimə toxunsun..
Əllərin belimə dəyəndə,
Sevdiyim gözümdən oxunsun.
Son bir dəfə köksünə bas məni,
Təsəllini tapım qollarında.
Qulağıma sevirəm sözünü
Yavaşca, sakitcə pıçılda.
Son bir dəfə kədərli gülümsə,
Səndən başqa bir şey gözləmirəm.
Başqasının olduğum üçün,
Dərd çəkməni inan istəmirəm.
Комментариев нет:
Отправить комментарий