Səni yuxularda görmürəm çoxdan,
Xəyallarımda da solub qalmısan.
Mən artıq çıxmışam bahardan, yazdan,
Sən mənim qışımda donub qalmısan.
Bircə iki sətir sözlərin qəlbdə,
Ölənədək mənlə yaşayacaqdır.
Demişdin "haraya çıxıb getsən də,
Ruhun elə mənlə yaşlanacaqdır".
Demişdin, amma ki aylar amansız
Unutdurur mənə get-gedə səni
Tanıdışdıq səninlə məncə zamansız,
Zamansız tərk edir xəyalın məni...
Xəyallarımda da solub qalmısan.
Mən artıq çıxmışam bahardan, yazdan,
Sən mənim qışımda donub qalmısan.
Bircə iki sətir sözlərin qəlbdə,
Ölənədək mənlə yaşayacaqdır.
Demişdin "haraya çıxıb getsən də,
Ruhun elə mənlə yaşlanacaqdır".
Demişdin, amma ki aylar amansız
Unutdurur mənə get-gedə səni
Tanıdışdıq səninlə məncə zamansız,
Zamansız tərk edir xəyalın məni...
Комментариев нет:
Отправить комментарий