пятница, 24 августа 2012 г.

***

Qapandım özümə divanə kimi,
Divarlar üstümə gəlir elə bil.
Durmadan yazıram səhərə kimi,
Eşqin edib məni səfildən səfil.

Çiynimə düşübdür illərin yükü,
Ruhum sənzlikdən sıızlayıb ağlar.
Kimlərə toxunur əlləri indi,
Kimə sığal çəkər, kimi oxşayar.

Unuda bilmirəm olub keçəni,
Bu nədir, özümlə bacarmıram mən.
Kaş sevə bilsəydim məni sevəni,
Qəlbə hökm edib sürünürəm mən.

Комментариев нет:

Отправить комментарий