воскресенье, 19 августа 2012 г.

EŞQƏ TUTULAN YAS

Yadıma düşdükcə necə sevdiyim,
Özümün özümə yazığım gəlir.
Yarıyolda qoydu məni sevdiyim,
Gözdən yaş yerinə qara qan gəlir.

Ruhum qara bağlar, ona yas tutar
Tutqun buludtəki açılmaz üzüm.
İnsan ölüsü üçün bir il yas tutar
Mən sənə ömürlük yas tutdum, gülüm.

Nə leysandan ürküb, nə qar deyərəm,
Məzarın üstündə mən səhər-axşam.
Ölmüş eşqimizə rəhmət  diləyib,
Səni unutmaq üçün yaşayacağam.





Комментариев нет:

Отправить комментарий