четверг, 2 августа 2012 г.

SƏNİ SEVMƏK ÇƏTİNDİR

Səni sevmək yaman çətin peşəymiş,
Nə savadım yetdi, nə də biliyim.
Mən səhər dediyim sənə gecəymiş,
Yaman təzadlısan, mənim sevdiyim.

Artıq ovcumdadır, mənimdir desəm,
Bir anda yox olub, qeybə çəkilər.
Nə vaxt ki, başqasın sevmək istəsəm
Ürəyimə həmən hakim kəsilər.

Nə sənlə, nə sənsiz ola bilmirəm,
Bu necə xəstəlik, necə bəladır.
Nə etsəm başqasın sevə bilmirəm,
Yerin ürəyimdə dərin yaradır.

Комментариев нет:

Отправить комментарий