среда, 6 февраля 2013 г.

HEYİF...

Hisslərim öldükcə sözlər tükənir,
Quruyan kol kimi, donan çay kimi.
Qəlbimdə samumtək güclü yel əsir,
Göylərə sovurur səni toz kimi.

Biz ki istəməzdik bu belə olsun,
Hər şey unudulsun sözsüz ney kimi.
Buraxdıq eşqimiz gül kimi solsun,
Qurusun güldanda susuz bar kimi.

Başdan bu qəzəli yazmam imkansız,
Eşq alovu söndü, bir daha yanmaz.
Heyif ki rastlaşdıq sənlə zamansız,
Sonda gələn eşqdən bir fayda olmaz.

Комментариев нет:

Отправить комментарий