среда, 27 февраля 2013 г.

ÖZ BİLDİYİ KİMİ DÖNƏCƏK HƏYAT


Mən ədalətliyəm, düzgünəm dedim
Kimsənin haqqını yerə vurmaram.
Özüm bu arada haqqını yedim,
Can verən anamın, bunu danmaram.

Kimsənin sevdiyi gərəyim deyil,
Desəm nə fayda ki, xanımı oldum.
Məni sevməyəni sevmərəm dedim.
Üzümə baxmadın, divanən oldum.

Həyat məcbur edir tərsinə dönsün,
İstəklə etdiyin. Nə acı heyhat.
Söz vermə,  səndən asılı deyil,
Öz  bildiyi kimi dönəcək həyat...

Комментариев нет:

Отправить комментарий