вторник, 19 февраля 2013 г.

SƏN HARDAN BİLƏSƏN




Sən hardan biləsən nə çəkirəm mən,
Ruhum həsrətindən sızlayır necə.
Düşünürəm, görən duyursan hərdən,
Yuxuma gəlirsən qonaq hər gecə.

Kaş yata bilərdim heç oyanmadan,
Xoş anlar, duyğular bitməz olaydı.
Yuxuda görüşüb sənlə gizlicə,
Ömrümü beləcə başa vuraydım.

1 комментарий:

  1. Mene biraz ondan danis ,azda olsa yasat meni .Cox dolmusam icin icin biraz aglat bosalt meni. Yaman sixir heyat meni.

    ОтветитьУдалить