Yarımçığam sənsiz boşluq içində
Ruhum tam güvənsiz solur içimdə.
Artıq üzülübdür əlim dünyadan,
Çıxmam mümkün soyuq dəryadan.
Nə sərt oldu sənin səssiz gedişin,
Alt-üst oldu bütün gözəl ümidlər.
Ruhuma qidaydı məni sevişin,
İndikilər axı belə sevmirlər.
Sənə dön deməyə varmayır dilim,
Bəlkə də sən mənsiz daha xoşbəxtsən.
Mən sevinirəm ki, bir kəs sevildim,
Şadam ki sevdiyim insan məhz sənsən...
Комментариев нет:
Отправить комментарий